|
Gürcüstan Parlamentinin Komitə iclasında məscid tikintisi problemi, dini bayramların tətil olunması müzakirə edilibGürcüstan parlamentinin “İnsan Hüquqları və Vətəndaş İnteqrasiya Komitəsi”-nin iclas zalında, müxtəlif dini icmaların və dini QHT və hüquq təşkilatlarının iştirakı ilə din mövzusunda 5-ci iclas keçirilib. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə GMİ şeyxi Hacı Ramin İgidov açıqlama verib. Məlumata görə, Gürcüstan parlamentinin “İnsan Hüquqları və Vətəndaş İnteqrasiya Komitəsi”-nin iclas zalında, müxtəlif dini icmaların və dini QHT və hüquq təşkilatlarının iştirakı ilə din mövzusunda 5-ci iclas keçirilib. İnsan Hüquqları və Vətəndaş İnteqrasiya Komitəsinin sədri Sopo Kiladzenin başçılıq etdiyi iclasda dini məkanların mülkiyyəti, tikilişi, təmiri sahəsində olan problemlər, orta məktəblərdə dini təhsil və digər məsələlər müzakirə olunub. Dini konfessiyaların nümayəndələri qarşılaşdıqları çətinlikləri dilə gətirib, problemlərin həlli sahəsində təkliflərini irəli sürüblər. Toplantıda “Gürcüstan Müsəlmanları İdarəsi”-nin Şeyxi Hacı Ramin igidov məscidlərin tikilişi məsələsi haqda olan problemləri dilə gətirib. "Bir çox hallarda məscidin tikilişi üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə və yerli idarəetmə orqanlarına müraciət edirik. Ancaq müsbət cavab ala bilmirik. Bir çox halda heç cavab belə verilmir, bəzən bəhanələr gətirilir və bəzən isə onların səlahiyyətində olmadıqlarını bildirərək məsələnin həllindən yayınırlar. Biz düşünürük ki, bu problemin həlli istiqamətində müəyyən tənzimləyici qayda və qanuna ehtiyac var. Bir də dini məkanlar tikildiyi zaman yerli insanların ona ehtiyacı olub-olmaması araşdırmalı, həmin məntəqədə sakin olan insanların dini, məzhəbi nəzərə alınmalıdır. İbadət evi tikildiyində onun bani və maddi dəstəkçiləri və hansı qrupun (ənənəvi və ya yoxsa qeyri ənənəvi) tərəfindən idarə olunacağını da diqqətdən kənarda saxlanılmamalıdır.”, -deyə Ramin İgidov bildirib. Hacı Ramin İgidov çıxışında onu da əlavə edib ki, Gürcüstanda son illərdə müəyyən çətinliklərlə də olsa məscidlər tikilmişdir və ölkəmizin müstəqiliyindən günümüzə qədər məscidlərin sayı 3 dəfə artmışdır. Ancaq yenə də bir çox böyük məntəqələrdə, kəndlərdə ibadət evlərinə ciddi ehtiyaclar yaşanmaqdadır. ÜGMADİ(Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi)-nin sədri və şeyxi Seyid Mirtağı Əsədov təkliflə çıxış edib. O təklif edib ki, Novruz bayramını, Qurban, Ramazan, Məbəs, Qədir-Xum bayramlarını rəsmi tətil elan etsinlər və Cümə günüdə Müsəlmanlar üçün müqəddəs gün olduğu üçün, rəsmi qurumlarda çalışan müsəlmanlar nəzərə alınsın.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2019 11:43 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |