|
• Dünyada"Bura siz terroristlərin deyil, bizim vətənimizdir!"Kaliforniya ştatının San-Diyeqo şəhərində əslən iraqlı olan beş uşaq anası 32 yaşlı Şəyma əl-Əvadi irqçilər tərəfindən qətlə yetirilib. Şəymanın qızı 17 yaşlı Fatimə çərşənbə günü axşam evə döndükdə anasını evdə huşsuz halda tapıb və dərhal təcili tibbi yardım xidmətinə zəng edib. Xəstəxanaya qaldırılan Şəymanın baş nahiyəsindən aldığı zərbələr ağır olduğundan həkimlərin səyləri heç bir nəticə verməyib və o srağagün dünyasını dəyişib. Mərhumun qızı Fatimə anasını tapdığı zaman kənarında "Vətəninizə geri dönün!" sözləri yazılmış kağız parçasını da tapdığı açıqlayıb. O həmçinin bir neçə gün öncə "Bura siz terroristlərin deyil, bizim vətənimizdir!" sözləri yazılmış anonim məktub aldıqlarını amma həmin məktubu ciddiyə almayaraq əhəmiyyət vermədiklərini bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2012 01:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |