إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hüsnü Mübarək: Qəzzafi İmam Musa Sədri dənizdə batırıb

Misir qəzetlərinin biri Hüsnü Mübarəkin ələ keçmiş qeyd kitabçasından olan xatirələri çap edib.

Həmin xatirələrdə Hüsnü Mübarək bildirir ki, Müəmmər Qəzzafi İmam Musa Sədri və onunla birlikdə olan yoldaşlarını Aralıq dəniində batırıb. Onun iddiasına görə, Qəzzafi İmam Musa Sədri şam yeməyinə davam edibmiş. Həmin şam yeməyi zamanı Misirin o zamankı prezidenti Qəzzafiyə İmam Musa Sədrlə olan səs yazısını çatdırır ki, həmin səs yazısında guya İmam Musa Sədr Ənvər Sadata bildirir ki, Liviyanın taleyini Livanın taleyi gözləyir ki, bunu da o edəcək.

Mübarək iddia edir ki, bu səs yazısına qulaq asan Qəzzafi ilə İmam Musa Sədr arasında mübahisə yaranır ki, Qəzzafi və əlaltıları İmam Musa Sədri və onunla birlikdə olanları döyməyə başlayırlar. Daha sonra onlara işgəncə verilmək xüsusi yerə aparırlar ki, Qəzzafi özü şəxsən İmam Musa Sədrə işgəncə verir. Dörd saatdan sonra İmam Musa Sədr huşunu itirir.

Mübarək daha sonra yazır ki, işgəncədən sonra Qəzzafi əmr verir ki, İmam Musa Sədrin və yoldaşlarının belinə ağır daş bağlayaraq onları Aralıq dənizinə atsınlar. Sonda isə Qəzzafi bu hadisənin hal şahidlərini qətlə yetirir ki, bu hadiəsədən heç kimin xəbəri olmasın.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Mart, 2012  19:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!