|
• Dünyadaİstanbulda Türkiyənin ən böyük məscidi açılıbİstanbul şəhərinin Çamlıca bölgəsində Türkiyə tarixində ən böyük məscidin açılışı olub. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, mərasimdə Albaniya, Qvineya, Seneqal prezidentləri, Fələstin və Əfqanıstanın hökumət başçıları, Azərbaycan, Bosniya və Herseqovina və Liviyanın parlament sədrləri iştirak ediblər. Təməli 6 il əvvəl qoyulan, eyni vaxt 63 min dindarın namaz qılması üçün nəzərdə tutulan kompleksin açılışında çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan 57.500 kvadratmetrlik sahəyə malik olan kompleksdə ibadət yeri ilə yanaşı, muzey və sənət qalereyasının da olduğunu, əsas qüllənin 72 metr hündürlükdə olmasının isə İstanbulda yaşayan 72 millətə işarə olduğunu bildirib. Qeyd edək ki, İstanbulun Asiya hissəsində 268 metr yüksəklikdəki təpəlik ərazidə inşa olunan Çamlıca məscidi kompleksində 11 min kvadratmetrlik muzey, 3500 kvadratmetrlik sənət qalereyası, 3000 kvadratmetrlik kitabxana, 1000 yerlik konfrans salonu, 8 sənət emalatxanası, 3500 yerlik qapalı park var. 21 metr hündürlüyü olan minbər liftlə təchiz olunub. Məsciddə antibakterial parçadan toxunan 17 min kvadratmetr xalça sərilib. Bununla yanaşı, kompleksdəki 6 minarədən 2-si 90 metr hündürlükdə, 4-ü isə Malazgirt döyüşünün şərəfinə 107,1 metr hündürlükdə inşa olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2019 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |