|
Dünya güclərinin yeni planları... Müsəlmanların başındamı çatlayacaq - Hacı Şahin HəsənliŞri-Lankanın kilsə və otellərində törədilmiş terror aktları yüzlərlə can aldı. Günahsız insanların öldürülməsi, xüsusilə onların qətli üçün kilsənin seçilməsi siyasət və din ekspertlər tərəfindən təsadüfi hesab olunmur. Bir müddət əvvəl Yeni Zellandiyada məsciddə ibadətlə məşğul olan insanların öldürülməsi, Şri-Lankada kilsədə qətlin törədilməsi xristian-müsəlman qarşıdurmasının yaranmasınamı hesblanır? Mövzu ilə bağlı din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli Lent.az-a bildirib ki, istər Yeni Zellandiyada, istərsə də Şri-Lankada baş verən hadisənin xristianlıq və ya islamla heç bir əlaqəsi yoxdur. Heç bir dinin insanları zorakılığa, dinc insanları qətlə yetirməyə dəvət etmədiyini deyən Ş.Həsənli hadisənin xristianlıq və ya islamla əlqələndirilməsinin qəti əleyhinə olduğunu vurğuladı: “Görünür ki, kimlərsə yenə də məkrli plan icra etmək istəyirlər. Bu hal hansısa siyasi qüvvəllərin maraqlarına cavab verir. Müsəlmanlarla xristianlar arasında qarşıdurma yaratmaq istəyirlər. Uzun illərdir ki, müsəlmanlar arasında məzhəblərarası qarşıdurma yaradırdılar. İndi isə sanki kimlərsə yeni plan işə salıb. Bir tərəfdə məscidə, başqa bir yerdə kilsələrə hücum təşkil olunur. Belə təəssürat yaranır ki, sanki dinlərarası qarşıdurma var. Məscidə edilən hücumun cavabı olaraq kilsəyə də hücum edilir. Bu məsələlərin dinlə heç bir əlaqəsi yoxdur. Ona görə hər iki tərəfdən olan din xadimləri insanları məsələnin mahiyyətindən xəbərdar etməlidirlər. Bu qarşıdurma insanların, bəşəriyyətin ziyanınadır. Bu qarşıdurmanı bir-biri ilə süni şəkildə əlaqələndirilən hadisə kimi qiymətləndirirəm”. Hacı Şahin hadisələrin davamlılığını istisna etmir və bundan sonra da istənilən halın baş verə biləcəyini deyir: “Bu halın tendensiya kimi davam etməsi böyük fəlakətlərə gətirib çıxara bilər. Bu kimi addımlar sivilzasiyalararası, dinlərarası toqquşma yaratmağa hesablanıb. Görünür ki, hansısa böyük güclərin yenə hansısa maraqları var. Dini zəmində olan düşmənçilk cahillikdən qaynaqlanır. Bəzi hallarda düşmənçilk hissi süni şəkildə qızışdırılır. Müxtəlif inam sahibləri arasında itkilərə səbəb olur. Bəzən ölkələr viran edilir. Tarixdə bunun acı nəticələrini görmüşük. Düşünürəm ki, bu problemin qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Bütün dünayada barışdırıcı yol tutulmalıdır. Din xadimləri də məsuliyyət daşıyırlar. Dinlərarasında hər hansı bir qarşıdurmaya yol açan addımlar insanlığın, bəşəriyyətin əleyhinə yönəlib. İstər xristianlıq, istərsə də islam insanları barışa dəvət edir. Quranda da xristian və yəhudilərə müraciətlə dialoqa dəvət edən ayələr var. “Ey kitab əhli, sizinlə bizim aramızda olan ortaq kəlməyə tərəf gəlin”-deyilir. Burada ortaq dəyərlər ətrafında birləşmək nəzərdə tutulur. Bütün dinlərin mənbəyi eynidir. Bütün dinlər bir Allah tərəfindən göndərilib. İslam dinində bütün peyğəmbərlər Allahın elçisi kimi qəbul olunur. Həmin peyğəmbərlərin Allahın elçisi olduğunu qəbul etməyən insan heç müsəlman deyil”. Çıxış yolu nədir? Ş.Həsənli hesab edir ki, məsələnin bu cür gedişiatı müsəlman və xristianları zərbə altına alacaq və islamafobiya dalğası genişlənəcək : “Bu kimi fəlakətlərin qarşısını almaq üçün ilk növbədə hər iki tərəfədən olan din xadimləri maarifləndirmə işləri aparmalı, birgə tədbirlər keçirməlidir. Bunun nümunəsi Azərbaycanda var. Bizdə müsəlman və xristian din xadimləri birgə tədbirlər təşkil edir. Bu örnəklər daha da genşləndiməlidir”. Din xadimi onu da bildirdi ki, Azərbaycanda hər hansı dinlərarası münaqişəyə zəmin görmür: “Azərbaycanda belə bir təhlükə görmürəm. Azərbaycanda əsrlərdir formalaşmış ənənələr var. Təbii ki, bu münasibətləri zədələmək istəyən xarici qüvvələr ola bilər. Müəyyən cəhdlər edə bilərlər. Amma Azərbaycanda belə bir perspektiv yoxdur. Çünki Azərbaycanda fərqli dinlərə qarşı aqressiv münasibət yoxdu. Amma hər bir halda arxayınlaşmaq olmaz. Bu cür addımlara çağırış edən istənilən qruplar dərhal zərərsizləşdirilməlidir. İstər hüquqi müstəvidə, istər maarifləndirmə istiqmətində addımlar atılmalıdır. Azərbaycanda belə hallar olmayıb və belə bir cəhd etmək istəyənlər olarsa da, dərhal qarşısı alınmalıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2019 17:12 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |