|
• Mənəviyyat • MənəviyyatYəhudi və məsihiyə salam verin amma camaat namazını tərk edənə salam verməyin!Mərhum Ayətullah Haqqşünas öz xatirələrndə camaat namaının əhəmiyyəti barədə danışarkən bir xatirəni qeyd edib ki, siz dəyərli oxucuların nəzərinə çatdırırıq. Mərhum arif yazır ki, yay günlərində Məşhəddə olarkən bir dəstə mömin mənə müraciət edərək xahiş etdilər ki, sübh namazında onların məscidinə gedim və sübh namazında imam camaat olum. Həmin məscidin yolunun qayalıq olması və həmçinin qaldığım yerdən uzaq olması dolayısından məcbur olurdum gecə vaxtı yola çıxım ki, namaza vaxtında çata bilim. Mənə çətin olduğuna görə, bir neçə gündən sonra məscidin camaatına bildirdim ki, daha sübh namazına gələ bilməyəcəyəm. Elə həmin gecə yuxuda gördüm ki, bir nəfər barmağı ilə mənə işarə edərək deyir: سلموا علی الیهود والنصاری ولا تسلموا علی تارک الجماعة "Yəhudiyə və məsihiyə salam verin amma camaat namazını tərk edənə salam verməyin!" Hövlnak yuxudan ayıldım və özümə söz verdim ki, sübh namazına həmin məscidə getməyə davam edəcəyəm.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2012 16:21 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |