|
• Mənəviyyat • Mənəviyyatİmam Səccaddan(ə) hikmətli hədisİmam Səccad(ə) buyurur: "İnsanların zahiri davranışlarında təvazökarlıq, zahidlərə xas olan davranış gördükdə onlara məftun olmayın-Çünki, insanların bir çoxu aciz, qorxaq və zəif iradəli olduqları üçün haram mal yeyər və mümkün qədər çox dünya malı əldə etmək istəyər. Bunun üçün də camaatı aldatmaq məqsədilə dinlərindən tələ kimi istifadə edər və bir çoxlarını öz zahiri rəftarları ilə özlərinə cəlb edərlər. Qarşılaşdıqları bütün haram işləri bacardıqları qədər yerinə yetirər və haram bataqlığında qərq olarlar. -İnsanların haramdan göz yummaları da sizləri aldatmasın-Çünki, insanların nəfsani istək və tələbləri bir-birlərindən fərqli olur. İnsanların bir çoxu bəzən haram yeməkdən çəkinsələr də nəfsləri onları digər günahlara vadar edər və bu yolla harama düçar olarlar. Onların bütün bunlardan çəkindiklərini görüb hansı əqidəyə yiyələndiklərini bilməyincə, yenə də onlara aldanmayın. Çünki, insanların bir çoxu haram işlərdən çəkinsələr də, sağlam əqidə və təfəkkür tərzinə yiyələnməzlər.Bu səbəbdən islah olmaq əvəzinə bir çox hallarda nadanlıq üzündən haqq yoldan uzaq düşərlər. -Onların sağlam əqidəyə yiyələndiklərini görüb yenə də aldanmayın - Baxın görün onlar öz nəfslərinə qalib gələ bilmişlər, ya nəfsləri onları özünə əsir etmişdir? Baxın görün onların təqva və pəhrizkarlıqları batil əqidəyə hansı münasibət bəsləyir. Çünki, insanların bir çoxu həm dünya, həm də axirətlərini itirmişlər. Onlar batil hakimiyyətin sərvət və halal nemətlərdən üstün olduğunu güman edərək, dünyanı dünyaya xatir tərk etmişlər və bu ayəyə əsasən - «Onlara "təqvalı olun” deyildikdə təkəbbür onları günaha sürükləyir. Cəhənnəm onların məskəni olacaqdır. Ora necə də pis yerdir». Onlar gecənin zülmətində heç nəyi görmədən zəlalətə doğru gedərlər və ilk batil istəkləri onları uçuruma sürükləyər. Allah-taala da onları tövbə edib təqvalı olmadıqları təqdirdə, haqdan uzaq düşüb tüğyan etməkdə köməklik edər. Belə olduğu təqdirdə onlar Allahın haramını halal, halalını da haram edər.Onlar istədiklərinə nail olduqda (yüksək məqama çatdıqda) dinlərini nə qədər itirsələr də heyflənməzlər. Onlar Allahın qəzəbinə gələn, Onun lənət etdiyi və [axirətdə] böyük əzaba düçar edəcəyi kəslərdir. Lakin kamil insan o kəsdir ki, bütün istək və arzuları Allahın əmrinə tabe olmuş olsun. Bütün istedad və bacarığını Allahın razılığını əldə etmək üçün sərf edər. O haqq yolunda bütün çətinliklərə sinə gərməyi hər şeydən üstün tutar və bilir ki, haqq yolunda çətinliklərə dözüb sinə gərmək onu əbədi nemətə [axirət dünyasına] hidayət edəcəkdir,bir çox nəfsani istəklər isə onu sonu bilinməyən əzaba sürükləyəcəkdir. Belələri insanların ən təqvalı və ən xeyirlisidir.Onların tutduqları yolu gedin və onların vasitəsilə Allaha təvəssül edin. Çünki, Allah onların dualarını geri qaytarıb arzularını nakam qoymur».(Biharul-ənvar, 2-ci cild, 14-cü fəsil, 10-cu hədis. ) Göründüyü kimi İmam Səccad (ə) zahiri davranışı, günah və haram buyrulan əməllərdən çəkinməyi həqiqi təqva sahibinin və kamil insanın tanınması üçün əsas meyar hesab etmir. Yeganə meyar varsa, insanın nəfsani istəklərinə qalib gəlib, günah və Allahın haram etdiyi işləri özünə haram etməsi, Onun razılığını əldə etmək üçün haqq yolunda bütün çətinliklərə sinə gərməsidir.Bu işdə nümunəvi və yollarını davam etdirməli şəxslər varsa, o da məhz bu xüsusiyyətlərə malik olan kəslərdir. Әn çox xeyir və dəyərli məsləhətlər hikmət və düşüncə sahibləri ilə ünsiyyətdə olmaqla əldə olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2019 09:15 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |