إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb

Azərbaycanda müqəddəs Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) açıqlanma verilib.

İdarənin tərtib etdiyi təqvimə əsasən bayramın ilk günü may ayının 6-na, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na,  miladi təqvimi ilə 23, 25, 27 və 31 may məğrib azanı zamanı(gün batdıqdan sonra) zamanı tarixlərinə təsadüf edəcək.

Eyni zamanda, təqvimdə Ramazan bayramının iyun ayının 5-nə düşəcəyi qeyd edilir.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

Oxucularımızı bu ayın daxil olması ilə bağlı əlavə məlumatlandıracağıq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2019  11:14 Çap

Bu bölmədə


© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com