
Azərbaycanda müqəddəs Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) açıqlanma verilib.
İdarənin tərtib etdiyi təqvimə əsasən bayramın ilk günü may ayının 6-na, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, miladi təqvimi ilə 23, 25, 27 və 31 may məğrib azanı zamanı(gün batdıqdan sonra) zamanı tarixlərinə təsadüf edəcək.
Eyni zamanda, təqvimdə Ramazan bayramının iyun ayının 5-nə düşəcəyi qeyd edilir.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.
Oxucularımızı bu ayın daxil olması ilə bağlı əlavə məlumatlandıracağıq.