|
Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışında iştirak edibMartın 14-də Azərbaycanın paytaxtında "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Forumda, həmçinin Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər iştirak edirlər. Əvvəlcə birgə foto çəkdirildi. Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı. Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söylədi. Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış etdilər. İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sercio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer baş katib Antonio Quterreşin müraciətlərini oxudular. Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış etdi. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirildi. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu. Qeyd edək ki, üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2019 10:50 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |