إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran prezidenti İraqa səfəri çərçivəsində Ayətullah Sistani ilə görüşəcək

İran prezidenti Həsən Ruhani İraqa rəsmi səfəri çərçivəsində bu ölkə və İİslam aləminin tanınmış müctəhidi Ayətullah Seyyid Əli Sistani ilə görüşəcək.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews MehrNews-a istinadla verir ki, bu barədə İranın İraqdakı səfiri İrəc Məscidi məlumat verib.

İran prezidentinin İraq səfərinin proqramı ilə bağlı məlumat verən səfir əlavə edib ki, Ruhani İraq səfərində ayətullah Sistani ilə görüşəcək.

Qeyd edək ki, İran prezidenti bu gün yüksək rütbəli heyətlə birgə İraqa gedəcək. 3 gün davam edəcək səfər zamanı iki ölkə arasında viza rejiminin ləğvi və ya qiymətlərin minimuma endirilməsi haqqında razılıq əldə olunacağı gözlənilir.

Xatırladaq ki,Ayətullah Sistani bundan öncə ABŞ-ın İrana qarşı sanksiyaları haqda fikir bildirmiş və İraq ərazisindən istifadə edərək, İrana sanksiya və ya müharibənin həyata keçirilməsinin qəti şəkildə əleyhinə olduğunu açıqlamışdı.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Mart, 2019  10:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!