|
• DünyadaAzərbaycan üçün əhəmiyyətli beynəlxalq dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi istismara verildiİran prezidenti Həsən Ruhaninin Gilan əyalətinə səfəri çərçivəsində Azərbaycan Respublikası və region üçün əhəmiyyət daşıyan şimal-cənub dəhlizinin Qəzvin-Rəşt hissəsinin rəsmi açılışı olub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, SalamNews -un Tehran müxbirinin məlumatına əsasən,Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi istismara verilib. Açılış mərasimində Azərbaycan Respublikası tərəfini nəqliyyat naziri Ramin Quluzadə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və sair rəsmilər təmsil ediblər. Şimal-cənub dəhlizinin Qəzvin-Rəşt hissəsinin inşasına 2006-da start verilib. Bu dəmir yolu xətti ilə 10 milyon ton yükün və 3 miyon, 800 min sərnişinin daşınmasını təmin edə biləcək. Dəmir yolunun bu hissəsində 22 km uzunluğunda 52 tunel yerləşir. Həmçinin bu xətt 9 km uzunluğunda onlarla körpünün üzərindən keçir. İranda dəmir yolu xətlərinin ən böyük körpüsü də bu xətdə yerləşən Məncil su anbarı üzərindən keçən körpüdür. Bu xəttin inşası zamanı ümumilikdə 22 milyon kub metr torpaq örtüyünün götürülməsi və tökümü həyata keçirilib. Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu yalnız İran ilə Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək. Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri məhz bu yol vasitəsilə Avropa ilə ticarət əlaqələrini davam etdirəcək. Yüklər Asiyadan Avropaya və əks istiqamətə Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq. ![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2019 17:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |