إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT: 2018-ci ildə islamofobiya pik həddə olub

2018-ci ildə müsəlmanlar əleyhinə ayrıseçkilik, zorakılıq və İslamofobiya özünün ən pik həddinə çatıb.

Ahlibeyt.az-ın  İQNA-ya istinadən verdiyi xəbərə görə,bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  elan edib.

İƏT-nın İnsan Haqları Gözətçisi illik 12-ci hesabatında açıqlayıb: "Bəzi dövlətlərin radikal siyasi şəxsiyyətləri və ya partiyalarının İslama olan fobiyası həmin dövlətlərin siyasətinin ayrılmaz hissəsinə çevirilib. Həmin dövlətlərin radikalizmə qeyri-məntiqi yanaşması və reaksiyası cəmiyyətdə İslamofobiyanı formalaşdırır."

İƏT-nın 2018-ci ilin May ayından 2019-cu ilin Fevral ayınadək hazırladığı hesabatda deyilir: 2017-ci ildə müsəlmanlar əleyhinə ayrıseçkilik nisbətən azalsa da, 2018-ci ildə yenidən İslamofob dalğaları çoxaldı. Müsəlmanlar əleyhinə irqçilik və dini zəmində hücumlar nigaranedirici dərəcədədir. ABŞ-da və Avropa ölkələrində məscidlərə və İslami mərkəzlərə edilən hücumların sayı çoxalıb.

Yusif ibn Əhməd Usəymin (İƏT-nın Baş Katibi) İslami Əməkdaşlıq Təşkilatının 46-cı iclası üçün hazırladığı hesabatın əvvəlində yazıb: Bu təşkilat çalışır ki, dünyanı islamofobiya və müsəlmanlar əleyhinə zorakı siyasətlər barədə xəbərdar etsin.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2019  11:47 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!