إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əgər düşmənlərimiz bizə hücum etsələr, Allahın vədəsilə qalib gələcəyik!

İranın Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Məşhəd şəhərində İmam Rzanın(ə) hərəmində hər il şəmsi təqviminin ilk günündə olduğu kimi dünən də ənənəvi çıxışı ilə İran xalqını Novruz bayramı münasibətilə təbrik edərək, keçən ildə müxtəlif sferalarda İrana qarşı tətbiq olunan sanksiyalara rəğmən, İranın müvəffəqiyyətlər əldə etməsindən danışıb.

İlk öncə yeni ilin daxil olması münasibətilə İran xalqını təbrik edən Ayətullah Xamenei yeni ilin İran xalqı üçün şadlıq, firavanlıq və İlahi təqva və maarifin kəsb edilməsi ili olacağına ümidvar olduğunu bildirib.

Keçən ilə qısa işarə edən Ayətullah Xamenei keçən ilin düşmənlərin İrana qarşı tətbiq etdikləri sanksiyalarının, planlarının və təhdidlərinin uğursuzluğa düçar olduğunu bildirərək deyib ki, İran xalqı inqilabın banisi İmam Xomeyninin(r) "biz bacararıq" ibarəsinə söykənərək çətinliklərin öhdəsindən gələ bilmişdir.

Düşmənlərin KİV-də İranın çöhrəsini təhrif etdiklərini və İran atom silahının hazırlanmasında səy göstərir sözlərinə işarə edən Ayətullah Xamenei deyib ki, bizim atom silahımız yoxdur, heç bir zaman atom silahının hazırlanması yönündə fəaliyyət göstərməmişik və göstərməyəcəyik də.

Ayətullah Xamenei İrana düşmənçiliyin səbəbininin atom deyil, neft və qaz olduğunu bildirərək İranın qaz ehtiyatına görə dünyada ikinci, neft ehtiyatına görə isə dördüncü olduğunu xatırladıb. O deyib ki, bundan öncə bizi müzakirələrə dəvət edən ölkələr bizim Türkiyədə Braziliya və Türkiyənin vasitəçiliyi ilə onların şərtlərini qəbul etdiyimizi gördüdkdə daha artıq şərt irəli sürdülər ki, qəbul olunmaz idi. Türkiyə və Braziliya ABŞ-ın bu addımından xəcalətli olub bu işdən əl çəkdilər. Yəni onların istədikləri atom deyil, onlar İranda xalqı müdafiə edən İslam dövlətinin olmamasını istəyirlər. Amma İran İslam Respublikası öz vətəndaşlarının hüquqlarını qorumaq üçün onların qarşısında şir kimi dayanmışdır.

Ayətullah Xamenei düşmənlərin atom silahı iddiaları altında İrana hücum etmək fikrindən artıq daşındıqlarını dilə gətirmələrinə toxunaraq bildirib ki, əgər bizə hücum edərlərsə, bu böyük səhv olacaqdır. Ayətullah Xamenei Qurani-Kərimin Fəth surəsinin 22-ci ayəsini(Əgər kafirlər sizinlə vuruşsalar, mütləq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar) və Əhzab surəsinin 62-ci ayəsini(Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən) zikr edərək bildirib ki, müharibələrdə həm qalibiyyət var və məğlubiyyət. Həmçinin Peyğəmbər(s) zamanı da müsəlmanlar gah qalib olub həm də məğlub olublar. Və Allah Qurani-Kərimdə bizə söz verməyib ki, müsəlmanlar bütün döyüşlərdə qalib gələcəklər. Amma zikr etdiyim ayələrdə Allah bizə vədə verib ki, əgər düşmənləriniz sizə hücum edərlərsə, siz mütləq qalib olacaqsınız və Allahın qanunları dəyişməzdir.

Ayətullah Xamenei əlavə olaraq bildirib ki, əgər ABŞ və ya sionist rejimi bizə hansı tərzdə hücum edəcəklərsə, müdafiə olunmaq üçün biz də onlara eyni tərzdə hücum edəcəyik.

Sonda Ayətullah Xamenei bütün bu çətinliklərin öhəsindən gəlmək üçün vəhdətin vacib olduğu bildirərək Qurani-Kərimin Ənfal surəsinin 46-cı ayəsini(...bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz...) zikr edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Mart, 2012  17:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!