إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq İŞİD-in ələ keçən əcnəbi üzvlərilə bağlı xəbərdarlıq edib

“İraq indiyədək İŞİD-in 250 yerli üzvünü təhvil alıb. Lakin terror təşkilatının dövlətləri tərəfindən qəbul edilmədiyi əcnəbi üzvlərini biz qəbul etməyəcəyik.”

Ahlibeyt.az-ın məlumarına görə, SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bunu İraqın baş naziri Adil Əbdül-Mehdi deyib.

Həftəlik mətbuat konfransında Suriyadakı kürd bölmələrindən İraq tərəfə təhvil verilən İŞİD-çilərin məsələsinə toxunan İraq baş naziri onların sayını açıqlayıb və bildirib ki, İŞİD-in 250 civarında yerli üzvü təhvil alınıb.

O həmçinin bəzi Avropa ölkələrinin öz vətəndaşları olan İŞİD-çiləri qəbul etmədiyi məsələsinə toxunaraq qeyd edib ki, onları İraq da qəbul etməyəcək.

Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron son çıxışlarının birində İŞİD-in fransalı üzvlərinin elə yerli məhkəmələrdə mühakimə edilməsini istəmişdi. Oxşar addım Britaniya və ABŞ tərəfindən də atılıb.

"Suriya Demokratik Qüvvələri" (kürd bölmələri) bir neçə gün öncə bildiriblər ki, İraq tərəfə 250-ə yaxın İŞİD üzvünü təhvil veriblər. Onların arasında 20 əcnəbi İŞİD-çinin olduğu, onlardan 14-ün də fransalı olduğu bildirlib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Fevral, 2019  10:25 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!