|
• DünyadaBütün sübutlara baxmayaraq ABŞ rəsmiləri Qəndəhar qırğınını törədənin bir nəfər olduğunu iddia edirCNN xəbər kanalının Qəndəhardan hazrladığı reportaj zamanı 16 nəfər əfqanın qətl edilməsinin şahidləri olan kənd sakinləri bildiriblər ki, 16 nəfərin qətlinə səbəb olan qırğında 1 deyil, bir neçə hərbçi iştirak edib. Əli Əhməd adlı şahidin dediyinə görə, gecə saat 3 radələrində kəndə daxil olan əsgərlər Taliban üzvlərini axtarmaq üçün evlərə basqın ediblər. Əli Əhməd deyib ki, onların da evinə daxil olan hərbçilər ondan və əmisindən talibançıların harada olmasını soruşublar. Bu barədə məlumatımızın olmadığını bildirdikdən sonra onlar digər evə daxil oldular və həmin evdə olan bütün ailəni, o cümlədən, 2 aylıq körpəni də qətlə yetirdilər. Hadisənin digər şahidi isə bildirib ki, onlar qırğını törətdikdən sonra meyyitləri bir yerə yığaraq od vurduqlarını bildirib ki, CNN həmin yanmış cəsədləri də göstərib. Xatırladaq ki, Əfqanıstan hökümətinin bu qırğını araşdıran istintaq komitəsinin də üzvləri həmin qırğında 1 deyil, 20 nəfər hərbçinin iştirak etdiyini və qırğından öncə 2 qadına cinsi təcavüz edildiyini açıqlayıblar. Amma bütün bunlara baxmayaraq ABŞ rəsmiləri həyasızcasına olaraq bu qırğını 1 əsgərin törətdiyini hələ də iddia etməkdədirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Mart, 2012 15:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |