إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT Baş katibi: Xocalı faciəsi Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımın 27-ci ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsini yad edib.

Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının bəyanatında deyilir.

Baş katib qeyd edib ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2019  11:20 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!