|
• Dünyada“Liviya Milli Ordusu” Marzuq şəhərini radikal qruplaşmalardan geri alıbLiviyada 2011-ci ildən başlayan gərginlikdən sonra ölkənin cənub hissəsində bəzi ərazilər Çad Respublikası ərazisindən gələn qruplaşmaların nəzarətinə keçmişdi. İndi isə Liviyanın “Milli Ordusu” burada bəzi bölgələri geri almağa nail olub. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Reuters-ə istinadla bildirir ki, “Liviya Milli Ordusu” bir neçə gün sürən şiddətli qarşıdurmalardan sonra ölkənin cənubunda yerləşən Marzuq şəhərini Çad Respublikasından keçən radikal qruplaşmalardan azad edə bilib. Eyni zamanda Liviyanın hava qüvvələri də Çad Respublikasının müxalifətinə bağlı olan silahlılar deyilən bu qruplaşmalara hava zərbələri endirib. Qeyd edək ki, “Liviya Milli Ordusu” sabiq diktator Müəmmar Qəzzafi əleyhinə təşkil edilmiş və hazırda general Xəlifə Xəftərin rəhbərliyi altında ölkə ərazisinin böyük hissəsini radikal silahlı qruplaşmalardan təmizləmişdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Fevral, 2019 10:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |