|
• DünyadaBu ilin şüarı; Milli istehsal, İranın sərvətinə və əməyə dəstək iliİranın Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı münasibəti ilə İran xalqını və bayramı qeyd edən digər millətləri təbrik edib. Ayətullah Xamenei təbrikində ölkədə daxili istehsalın rövnəqlənməsi məqsədi ilə bu ili “Milli istehsal, İranın sərvətinə və əməyə dəstək ili” adlandırıb. Ayətullah Xamenei İran xalqının bütün iqtisadi ərsələrdə hazır olmasının zəruriliyini vurğulayaraq bildirib ki, iqtisadi cihadın əsas bölmələrindən biri də milli istehsaldır. Əgər İran xalqı əzm, iradə, mətanət və dəqiq proqramlarla daxili istehsal problemini həll edə bilərsə, o zaman düşmənin yaratdığı bütün manelərə qələbə çalacaqdır. Ayətullah Xamenei deyib ki, İranın düşmənləri ötən ilin əvvəlindən ölkəsinə qarşı düşmənçilik tədbirlərinə başlasa da, İran xalqı, rəsmiləri öz ehtiyatlı tədbirləri ilə bu sanksiyalarla mübarizə apara bilib. Ötən ilin şüarı olan "İqtisadi cihadın" heç zaman bitməyəcəyini vurğulayan Ayətullah Xamenei əlavə edib ki, iqtisadi məsələlərin ən mühüm aspektlərindən biri yerli istehsaldır. Buna görə o, yeni ili "Milli İstehsal, İranın sərvətinə və əməyə dəstək ili" adlandırıb. iqna.ir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2012 18:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |