|
• DünyadaVyana İnzibati Əyalət Məhkəməsi Ərəb Etiqad İcmasının ləğvini qanunazidd elan edibVyana İnzibati Əyalət Məhkəməsi bu ölkədə fəaliyyət göstərən Ərəb Etiqad İcmasının ləğvini qanunazidd elan edib. Ötən il Avstriya Dini Etiqad İdarəsi “siyasi İslamı təbliğ etmək” pərdəsi altında bu ölkədə Ərəb Etiqad İcmasının ləğvi, onun nəzdindəki altı məscidin bağlanması və Avstriya Türk İslam Birliyinin 65 imamının ölkədən çıxarılacağını elan etmişdi. Həmin qurum və Daxili İşlər Nazirliyinin apardığı araşdırmaların nəticəsi olan qərara qarşı Ərəb Etiqad İcması məhkəməyə müraciət etmişdi. Ahlibeyt.az Azərtac-a istinadən xəbər verir ki, Avstriya Dini Etiqad İdarəsinin yaydığı məlumata görə, Vyana İnzibati Əyalət Məhkəməsi şikayətə baxaraq, icmanın ləğvi barədə qərarı qanunazidd elan edib. Məhkəmə rəsmi qurumların ləğvetmə qərarı verməzdən öncə mövcud qüsurların aradan qaldırılması üçün icmaya müəyyən müddət möhlət verməli olması qənaətinə gəlib. Həmin vaxt ərzində rəsmi qərarların tələbləri icra edilmədiyi təqdirdə sanksiyaların tətbiqi qanuni sayıla bilərdi. Avstriyanın dini məsələlər üzrə məsul naziri Qernot Blümel məhkəmənin qərarını anlamadığını deyib və hökumətin həmin qərarın qüvvədə qalması üçün bütün hüquqi vasitələrə əl atacağını vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2019 11:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |