إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şeyx Yusif Qərzavinin oğlu atasını tənqid etdi

Şeyx Yusif Qərzavinin oğlu tanınmış şair Əbdür-Rəhman Yusif atasının ərəb ölkələrində baş verən inqilabları xalq hərəkatı adlandırıb amma Bəhreyndə baş verən xalq hərəkatını şiələrin üsyanı adlandırmasına qarşı çıxaraq atasına etiraz məktubu yazıb.

Məktubunda "Bəhreyndə baş verənlər zülmdür" yazan Əbdür-Rəhman Yusif bildirir ki, illərdir Bəhreyndə camaat öz haqlı istəklərinin bərqərar olunmasını istəyir. Amma heç kim onların bu istəyinə müsbət cavab vermədiyindən bu gün onlar öz haqqlarını tələb etmək üçün küçələrə çıxıblar. Əbdür-Rəhman Yusif deyib ki, onların bu haqlı istəkləri Bəhreyn höküməti tərəfindən amansızlıqla alınmaqdadır və bu işdə onlara bəzi ərəb ölkələri də kömək göstərirlər.

Daha sonra o yazır: "Bəli, bu gün Bəhreyn küçələrində etiraz edənlər şiələrdir. Amma bunun nə üçün baş verdiyini araşdıranda görürük ki, onillərdir Bəhreyn höküməti şiələri bir çox hüquqlardan məhrum etmiş və onlara qarşı zülm işlətməkdədir. Hətta ölkədə şiələrə qarşı balans yaratmaq üçün bir çox ərəb ölkələrindən sünniləri ölkəyə gətizdirərək onlara vətəndaşlıq verirlər".

Əbdür-Rəhman Qərzavi ərəb ölkələrindən bir çox muzdurun Bəhreyn xalq inqilabını yatızdırmaq üçün Bəhreynə gətirildiyini atasına yazaraq bildirir ki, hətta Mübarək rejiminin qulluqçuları Mübarək devriləndən sonra Bəhreynə qaçaraq burada öz alçaq fəaliyyətlərini Bəhreyn xalqına divan tutmaqla davam etdirməkdədirlər.

Sonda Şeyx Qərzavinin oğlu deyib ki, Bəhreyndə baş verənlərin inqilab adlandırılıb yaxud adlandırılmaması vacib deyil. Həqiqət budur ki, Bəhreyndə insanlığa utanc olan zülmün baş verməsidir.

Xatırladaq ki, bir müddət öncə Şeyx Yusif Qərzavi Bəhreyndə baş verən hadisəni şiələrin sünnilərə qarşı qiyamı adlandırmışdı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2012  20:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!