إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayına müqəddimə

Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”

Rəcəb - qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

Bu aydan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylarda dualar və tövbələr tez qəbul olunar. Rəvayətlərdə bildirilidiyi ki, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır. Peyğəmbər(s) buyurur ki, bu istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət çox nazil olur.

Peyğəmbər(s) buyurur: “Hər kəs Rəcəb ayında üç gün oruc tutarsa, Allah-taala onun tutduğu hər gün üçün bir il oruc tutmaqın savabın yazar. Və hər kəs bu ayda yeddi gün oruc tutarsa, cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs bu ayda səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açılar. Hər kəs bu ayda on beş gün oruc tutarsa, Allah-taala Qiyamət günü onun hesab verməyini asan edər. Və hər kəs bu ayın hamsını oruc tutarsa, Allah-taala onun əməl kitabına özünün ondan razı olduğunu yazdırar və hər kəsin əməl kitabına Allah-taalanın razılığı yazılarsa, Allah-Taala onu əzab etməz”

Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən(ə) nəql edirlər ki, buy: “Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: “Haradadır rəcəb ayının əhli?” Və insanlardan bir dəstə ayağa qalxar və onların simasının nuru məhşər əhlinə işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: “Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!” Bu zaman Allah (cəllə-cəlaluh) tərəfindən nida gələr: “Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!”. Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında”.

Hər kimin bu ayda oruc tutmağa imkanı olmazsa aşağıdakı duanı oxuya bilər:

“Subhanəl-ilhil-cəlil, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl-ə’əzzil-əkrəm, subhanə mən ləbisəl ‘izzə huva ləhu əhl”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2011  22:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!