إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam inqilabının 40-cı ildönümü İranda təntənəli şəkildə qeyd edilir

İslam inqilabının zəfər çalmasından 40 il ötür. Bu gün münasibətilə İranın əksər şəhər və rayonlarında kütləvi nümayişlər keçirilib.

Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, İran islam inqilabının 40-cı ildönümü nümayişlərini təşkil edən mərkəz açıqlama verib ki, bu nümayişlər mindən çox şəhərdə və 10 mindən çox kənddə keçirilir.

Bildirilib ki, bu nümayişləri 6500 –dən çox xarici və yerli jurnalist yayımlayır. Onlardan 300-ü xarici jurnalistlərdir.

İslam inqilabının 40-cı ildönümü nümayişlərini təşkil edən mərkəz bildirib ki, bu nümayişləri yaxından izləmək üçün 200 xarici siyasi, ictimai, din və elm xadimi ölkəyə dəvət edilib.

Əlavə edilib ki, bu nümayişlər Tehranda 12 istiqamətdə keçirilməkdədir. Tehran nümayişlərinin sonunda prezident Həsən Ruhani çıxış edəcək.

Ötən gün İranın müxtəlif siyasi partiyaları, hərəkat və cərəyanları bu nümayişlərə qatılmaq barədə çağırışlar ediblər.

Ötən əsrin 70 və 80-cı illərində İranda şah rejiminə qarşı etirazların baş qaldırması və Ayətullah Seyyid Ruhullah Musəvi Xomeyninin Fransaya sürgün edilməsi və İrana qayıdışı islam inqilabının 1979-da zəfər çalması ilə nəticələndi.

Ayətullah Ruhullah Musəvi Xomeyninin başçılığı ilə 1979-cu ilin fevralında baş tutan İslam İnqilabı əsrlərlə İrana hakim kəsilmiş şahlıq rejiminə son qoydu və dünyada iki güc qütbünün yəni kommunizmlə kapitalizmin ciddi rəqibi olaraq meydana gəldi.

1979-cu ilin 1 fevral (12 bəhmən - h.ş) günü 15 il sürgündə qalmış Ayətullah Ruhullah Musəvi Xomeyninin Tehrana enməsi gününə təsadüf edib. Tehrana gələn Ayətullah Musəvi Xomeyni onu qarşılayan saysız-hesabsız iranlılar qarşısında və yüzlərlə xarici jurnalsitin qarşısında ilk çıxışını edərək, xalqın dəstəyi ilə dövlət təyin etdiyini elan etdi.

11 fevral (22 bəhmən) günündə həbsxanalar, parlament, polis mərkəzləri, Teleradio binası və digər dövlət dairələri  xalq qüvvələrinin nəzarətinə keçdi. Bu gündə İran Silahlı Qüvvələrinin Baş Qərargahı inqilabla bağlı bitərəf olduğunu elan etdi. Məhz bundan sonra İranda şah rejiminin devrilməsi  və inqilabın qələbə çalması rəsmən elan edildi.

Artıq 40 ildir ki bu günlər hər il İranda qeyd edilir. Bu inqilab dünyada müsəlman xalqların və azlıqların ürəyində yeni ümid ocağı yaratdı. Eyni zamanda dünyanın iki güc qütbü üçün ciddi rəqib kimi meydana atıldı.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Fevral, 2019  10:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!