إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bakıda tutulan FETÖ-çüdən gözlənilməz açıqlama - “Gülən tam bir terrorçudur”

Ötən həftə Bakıda tutulan və Türkiyəyə təhvil verilən fətullahçı, “Zaman” qəzetinin Bakı mətbəəsinin rəhbəri olmuş İbrahim Ekerin barəsində həbs qətimkan tədbiri seçilib.

Ahlibeyt.az-ıa Virtualaz.org-a istinadən verdiyi xəbərə görə, İ.Eker məhkəmədən həbsxanaya göndərilib. Onun məhkəmədə dindirmə zamanı verdiyi ifadənin bəzi detalları məlum olub.

Eker Türkiyədə silahlı terror təşkilatı kimi tanınan Fətullah Gülən təriqətini “camaat” olaraq tərif edib. Habelə bu təriqətin tərəfdarı olduğunu təsdiqləyib. Bununla belə ailəsinin Azərbaycanda “zərərçəkən durumunda olduğunu” deyib. Habelə Fətullah Gülən barədə suala “onu tam olaraq bir terrorçu kimi qəbul edirəm” cavabını verib.

Xatırladaq ki, ötən bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində Azərbaycandan FETÖ-nün “lider statusundakı şəxsinin” təhvil verildiyini bildirib. “Sağ olsun qardaşım İlham Əliyev, həmin çox-çox önəmli şəxsi bizə təhvil verdi”-Ərdoğan deyib. Türkiyə prezidentinin İbrahim Ekeri nəzərdə tutduğu təxmin edilir.

FETÖ-nün çevriliş cəhdindən sonra fərarilik edən 490 keçmiş hərbçidən 74-ü Türkiyə Daxili İşlər Nazirliyinin “terrorda iştiraka görə” axtarılanlar siyahısına daxil ediliblər və təhvil verilməsi müqabilində mükafat təyin edilib.Türkiyə DİN-nin başlarına 66 milyon 900 min lirə (12 milyon 836 min 930 dollar) mükafat qoyduğu qiyamçıların 12-si qırmızı, 1-i narıncı, 61-i isə boz kateqoriyada axtarışda olan şəxslərdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2019  10:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!