إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dəstəmaz və qüslü yarımçıq qoyub, daha sonra davam etdirmək olarmı?

Dəstəmazı və qüslü yarımçıq qoyub, sonra yenidən həmin yerdən davam etdirmək olarmı?

Dəstəmazın əsas şərtlərindən biri də onun ardıcıl şəkildə yerinə yetirilməsidir. Belə ki, dəstəmaz əməllərinin arasında qəsdən fasilə yaratmaq və ardıcıllığı pozmaq düzgün deyil.

Əgər dəstəmazı qəsdən yarımçıq qoyub, sonra yenidən dəstəmaz almaq istəsə, əvvəldən başlamalıdır.Amma su qurtararsa, su tədarük etmək qədər fasilə yaradılması icazəlidir.

Qüsldə isə bu şərt mühüm deyil. Qüslü müəyyən fasilələrlə də yerinə yetirmək olar, hərçənd ki, ehtiyac olmadığı təqdirdə bunu etmək xoş qarşılanmır. Amma əgər qüslü bitirdikdən sonra məsələn bədəninin sağ tərəfində yuyulmamış bir yer qaldığını xatırlasa, başla boyunu təzədən yumaq lazım deyil. Sağ tərəfdə həmin yuyulmamış yeri yumaq və sol tərəfi tamamilə yumaq kifayət edər.

Eləcə də, məsələn, qüslü bitirdikdən sonra sol tərəfdə yuyulmamış bir yer qaldığını bilsə, qüslü yeniləmək lazım deyil. Həmin yuyulmamış hissəni suyun altında yumaq kifayət edər.

Mənbə:İslam.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2019  11:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!