إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

R.T.Ərdoğan: Suriyalı qaçqınlara 35 milyard dollar xəcləmişik

R.T.Ərdoğan Türkiyənin suriyalı qaçqınlara 35 milyard dollar vəsait xərclədiklərini açıqlayıb

Ahlibeyt.az-ın Eastnews-a istinadən virdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının miqrasiya razılaşmasına dair öhdəlikləri yerinə yetirmədiyini, lakin Türkiyənin suriyalı qaçqınlara 35 milyard dollar vəsait xərclədiklərini də bəyan edib.

Bizdə olan 4 milyona yaxın qaçqınların ehtiyacları üçün 35 milyard dollar xəcləmişik. Aİ maddi yardım üçün söz verdi, lakin sözünü tutmayaraq simvolik məbləğ verib. Türkiyə ən çox humanitar yardım edən ölkədir. Bu vicdan məsələsidir, pul məsələsi deyil”, - deyə R.T.Ərdoğan İstanbulda çıxışı zamanı qeyd edib.

Bundan əlavə, R.T.Ərdoğan Qərb ölkələrini İŞİD terror təşkilatı ilə effektsiz mübarizə apardıqları üçün tənqid edib.

Xatırladaq ki, Avropa İttifaqı ölkələri dövlət və hökumət başçıları 2016-cı ilin mart ayında Türkiyə ilə birlikdə miqrasiya böhranına qarşı plan razılaşdırıb. Bu razılaşmaya əsasən, Türkiyə Avropa İttifaqı o cümldən Yunanıstan ərazisindən qayıdan qaçqınlara görə İttifaqdan maddi dəstək alacaqdı. Bundan əlavə hər qanunsuz miqrantın əvəzinə Avropa İttifaqı Türkiyədən bir suriyalı miqrant qəbul edəcəkdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2019  10:23 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!