إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda dini təqvimə İmam Məhdinin(ə.f) doğum günü əlavə olunub

Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən dərc olunmuş təqvimə bu il bu bayramların siyahısına müsəlmanların 12-ci İmamı Hz.Məhdinin(ə.f) təvəllüd günü də əlavə olunub.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Gürcüstan Müsəlmanlar İdarəsinin(GMİ) Şeyxi Ramin İgidov açıqlama verib verib:

"Artıq beş ildir ki, Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən dərc olunmuş təqvimlərdə digər dinlərin bayramları ilə bir yerdə İslam dininin müqəddəs günləri də yer almışdır.

Qurban və Ramazan kimi böyük bayramlarla yanaşı Hz. Peyğəmbərin mövludu (s), Hz. İmam Əli (ə) və Hz. Xanım Zəhranın təvəllüd günləri, Məbəs və Qədir-xum bayramları, Aşura və kandil gecələri qeyd olunubdur. Bu il bu bayramların siyahısına 12-ci İmamın təvəllüd günü də əlavə olunub.

12 səhifədən ibarət iri həcmli təqvim dövlət müəssisələrinə, dini icmalara və təşkilatlara hədiyyə olunur."

Картинки по запросу ramin igidov

GMİ şeyxi qeyd edib ki,Gürcüstan Müsəlmanları İdarəsinin bu il 8000 tirajda və (A2 formatda) çap etdiyi dini təqvimin üzərində isə Kərbəla ziyarətgahının şəkili əks olunubdur. Təqvim yetmədiyindən təkrar 2000 tiraj çap edilmişdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2019  10:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!