إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyənin tanınmış ilahiyyatçı alimi Alparslan Kuytul barədə məhkəmə qərar verdi - VIDEO

Adana "Furqan" Təhsil və Xidmət Fonduna qarşı istintaq çərçivəsində həbs olunan Alparslan Kuytul, İbrahim Dörtgöz və Əli Alagözün azad edilməsinə qərar verilib.

Ahlibeyt.az  İslamazeri.com-a istinadən xəbər verir ki, "Furqan" Fonduna qarşı açılan istintaq çərçivəsində həbs olunan Alparslan Kuytul və onunla yanaşı 43 müttəhimin cəzalanmasına Adana 4-cü Ağır Cəza Məhkəməsində davam etdirilib. Bolu Həbsxanasında olan və SEGBİS (Səs və Görüntülü Məlumat Sistemi) ilə Adanada görülən məhkəmə iclasına qatılan Kuytul, haqqındakı ittihamları rədd edərək bəraətini tələb edib.

Alparslan Kuytul, İbrahim Dörtgöz və Əli Alagöz haqqında təxliyə qərarı verilərək, xaricə çıxmaq qadağalarının davam ediləcəyinə qərar verilib. Digər müttəhimlərin isə əmlakları üzərindəki tədbir və hüquqi nəzarət şərtinin ləğv eidlməsi üçün qərarın daha sonra açıqlanacağı bildirilib.

Qərarın açıqlanmasının ardınca ciddi təhlükəsizlik tədbirlərinin alındığı Adana Ədliyyəsi ətrafındakı izdiham şüarlar səsləndirib. İzdiham daha sonra hadisəsiz bir şəkildə dağılışıb.

.

 

 

1 Yıldır Haksız Bir Şekilde Tutuklu Bulunan Tevhid Davasının Savunucusu Alparslan Kuytul Hocaefendi Cezaevinden Çıktı!

AlparslanKuytul TahliyeOldu

674 kişi bunun hakkında konuşuyor

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2019  10:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!