إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Ay tutulması” hadisəsi baş verəcək - Ayət namazının qılınma qaydası

Bu ilin ilk tam Ay tutulması hadisəsi yanvarın 21-də səhərə yaxın baş verəcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Azərbaycan Mili Elmlər Akademiyasının(AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi məlumatında bildirilib.

Məlumatı görə,tutulma  Bakı vaxtı ilə saat 07:34-də başlanacaq və saat 10:51-də başa çatacaq.

Tam tutulma hadisəsi 1 saat 2 dəqiqə davam edərək 08:41-də başlayıb, 09:43-ə qədər davam edəcək. Bu halda Ayın işığı təqribən 10000 dəfə azalacaqdır. Tam tutulmanın maksimumu 09:12-yə təsadüf edəcək.

Tam Ay tutulması hadisəsini Mərkəzi sakit okean, Şimali və Cənubi Amerika, Afrika və Avropanın əksər hissəsinin sakinləri müşahidə edə biləcəklər.Tutulma hadisəsi demək olar ki, Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Hadisə baş verən zaman  Azərbaycan ərazisində Ay batmağa doğru getdiyindən, qərb istiqamətdə üfüq açıq olarsa, təxminən 15-20 dəqiqə tutulmanın başlanmasını müşahidə etmək olar.

Tutulma zamanı Ay, Yer və Günəş bir düz xətt üzərində olur və Yer Ayla Günəş arasında olanda Ay tutulması hadisəsi baş verir. Əgər onların mərkəzləri bir düz xətt üzrədirsə, ən uzun tutulma hadisəsi baş verir.

Qeyd edək ki, Ay və Günəş tutulmaları müşahidə edilən ərazilərdə İslam dininin şəriət qaydalarına uyğun olaraq ayət namazı qılınır.

Ay tutulması müşahidə vaxtı saat azərbaycan üfüqünə uyğun olaraq saat 07:34-dən - 07:57-ə qədər(gün çıxana qədər) vacib nyyəti ilə ayət namazı qılınmalıdır.Bu vaxt ərzində qılınmadıqda qəza niyyəti ilə yerinə yetirilməlidir.

Ayət namazının qılınma qaydası

Аyәt nаmаzı iki rәkәtdir vә hәr rәkәtindә bеş rüku vаrdır.Niyyәtdәn sоnrа tәkbir(Allahu Əkbər) dеyib bir Hәmd vә bir Surәni tаm охumаlı, rükuyа gеtmәli, rükudаn qаlxıb yеnә dә bir Hәmd vә bir Surә охumаlı, sоnrа rükuyа gеtmәlidir. Bеlәliklә bu bеş dәfә tәkrаr еtmәlidir. Bеşinci rükudаn qаlхdıqdаn sоnrа iki sәcdә еtmәli, аyаğа qаlхıb ikinci rәkәti dә еynilә birinci rәkәt kimi yеrinә yеtirmәli, tәşәhhüd vә sаlаmı dеyib nаmаzı bitirməlidir.

Qeyd edək ki, "Ayət namazı"nın digər qaydaları da mövcuddur ki,onlar barədə məlumat almaq istəyənlər bu barədə qeyd olunan digər mənbələrə müraciət edə bilərlər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2019  16:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!