|
• DünyadaBelçikada halal ət kəsimi qadağan edildiBelçikanın Flamand bölgəsində halal ət kəsiminə qoyulan qadağa qüvvəyə minib. Ahlibeyt.az-ın məlumatına görə, Maide.az TRT-yə istinadən xəbər verir ki, qərarda heyvanların şoklanma və yatızdırılma üsulu ilə kəsilməsi nəzərdə tutulur. Bu isə Belçika əhalisinin təxminən 6 faizini təşkil edən müsəlman və yəhudi icmalarının reaksiyasına səbəb olub. Qeyd edək ki, müsəlmanların “halal”, yəhudilərin isə "koşer" adlandırdığı kəsimə görə, heyvanlar kəsilmədən əvvəl sağlam olmalı və onlar ayıq olmalıdırlar. Kəsimdən əvvəl heyvanların şoklanması isə müsəlman və yəhudi icmalarının istehlak etdiyi “halal” və “koşer” məhsulların əldə edilməsinə mane olur. Adətən ifrat sağçı qruplar və heyvan haqları müdafiəçilərindən ibarət olan qadağa tərəfdarları isə şoklanmadan və ya yatızdırılmadan kəsilən heyvanın əziyyət çəkdiyini və hüquqlarının pozulduğunu iddia edirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2019 09:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |