|
• DünyadaSəudiyyə Ərəbistanında Azərbaycana ərəb turistlərinin axınına yardım edəcək “yol xəritəsi” hazırlanırSəudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan “yol xəritəsi” hazırlayır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Trend-ə Azərbaycan – Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib. Y.Əliyevin sözlərinə görə, “yol xəritəsi” beş il müddətinə nəzərdə tutulub. Əməkdaşlığın bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən əlaqələndiriləcək. İcraçı direktor əlavə edib ki, ərəb tərəfi də Azərbaycana turistlərin cəlb olunması ilə məşğul olacaq və ölkəyə investisiyaların azı 5 faiz səviyyəsində illik artımını təmin edəcək. Ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üzrə planlardan danışan Y.Əliyev qeyd edib ki, bu il Azərbaycan nümayəndə heyətlərinin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya səfərləri planlaşdırılır: “Ötən il Azərbaycana İordaniya, İraq, BƏƏ və Qətərdən nümayəndə heyətləri səfər edib. Analoji görüşlər bu il də baş tutacaq. Hesab edirəm ki, səfərlərin dəqiq tarixləri yanvarın sonunadək məlum olacaq. Bundan başqa, Bakıda birinci Azərbaycan-ərəb investisiya forumu kimi irimiqyaslı tədbirin keçirilməsi nəzərdə tutulur. Bu məsələ yaxın günlərdə Beyrutda Ərəb Assosiasiyaları Palatası ilə müzakirə olunacaq”. Qeyd edək ki, ötən ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayında ən böyük artım Fars körfəzi ölkələrindən qeydə alınıb. 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən il Azərbaycana gələn turistlərin sayı Səudiyyə Ərəbistanından 2,2 dəfə, Bəhreyndən 2,1 dəfə, Küveytdən 1,9 dəfə, Qətərdən 1,6 dəfə, İraqdan 10,4 faiz, Omandan 8,5 faiz artıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2019 10:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |