إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avropanın tarixi məscidləri

Avropanın Paris, London, Berlin, Rum, Tirana, Vyana və digər ölkələrinin paytaxt və şəhərlərində çox dəyərli tarixi məscidlər vardır ki, bu məscidlər memarlığın şah əsərləri hesab edilir.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,Müsəlmanların Avropaya mühacirət etməsi səbəb oldu ki, Avropa ölkələrində çox sayda məscid inşa olundu.

Müsəlmanlar məscidlərdə ibadət və dini ayinlərlə yanaşı siyasi-ictimai, mədəni və iqtisadi problemlərinin həllində də məscidləri özlərinə səngər ediblər.

Avropa məscidləri müsəlman azlıqların vəhdəti və birliyini göstərən dini məkan, dini ayinlərin icrası və mühüm məsələlərin həll edilməsi üçün bir sığanacaqdır.

Avropanın Paris, London, Berlin, Rum, Tirana, Vyana və digər ölkələrinin paytaxt şəhərlərində çox dəyərli tarixi məscidlər vardır ki, bu məscidlər memarlığın əbədi şah əsərləri hesab edilir.

Tunisin "MİM" elektron məcəlləsi (meemmagazine.net) Avropanın ən qədim məscidləri adlığı altında bir yazı paylaşmışdır ki, həmin yazını oxucularımıza təqdim edirik.

1. Parisin böyük məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Bu məscid Fransanın ilk və ən əhəmiyyətli məscididir. Müsəlmanların əsas fəaliyyət mərkəzlərindən biridir. Bu məscid birinci dünya müharibəsindən sonra, 1926-cı ilin İyul ayının 15-də istifadəyə verilmişdir.

Məscid Fransaya ilk mühacirət edən Mərakeş və Əlcəzayir müsəlmanlarının təşəbbüsü və Mərakeş şahı Sultan Yusif ibn Həsənin dəstəyi ilə tikiblər.Həmçinin Tunis valisi və Əlcəzayir rəsmiləri tərəfindən yardım edilib. Məscid Fransa ordusunda Almanlara qarşı döyüşərək şəhid olan 100 min müsəlmana xatirə abidəsi olaraq tikilmişdir. Məscid Mərakeş memarlığı üslubu ilə tikilmişdir.

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

2. Romanın ən böyük məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Bu məscid 30 min kv.metrlik sahədə inşa olunub. İtaliyanın paytaxtı Roma şəhərinin şimalında yerləşir. Məsciddə eyni vaxta 12 min insanın ibadət etməsi mümkündür.

Hazırda İtaliya müsəlmanlarının İslam Mədəniyyət Mərkəzi bu məsciddə yerləşir. Məsciddə dini ayinlər, nikah mərasimləri, mədəniyyət xidmətləri icra olunur.Həmçinin ictimai və dini dərslər keçirilir.

Bu məscidi Əfqanıstanın sürgün edilmiş əmiri Məhəmməd Həsən və onun xanımı Raziyə tərəfindən inşa edilib.Məscidin memarlıq və dizayn layihəsi 10 ilə başa çatıb. Məscid 1984-cü ildə tikilməyə başlayıb və 1995-ci ildə sona çatıb.

معرفی قدیمی‌ترین مساجد اروپا

3.Ədhəm Bəy Albani məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Bu məscid Albaniyanın paytaxtı Tirana şəhərində 1789-cu ildə tikilib. Məscidin inşası Tirana şəhərinin valisi Molla Beg tərəfindən başlamış və oğlu Həqqi (Süleyman Paşanın nəvəsi olub) 1823-cü ildə başa çatdırmışdır.

معرفی قدیمی‌ترین مساجد اروپا

4.Brüselin came məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

"Cinquantenaire Park"da yerləşən bu məscid Brüselin ən qədim məscididir. Məscid şəhərin milli sərgilər məkanının şərqində Ərəb memarlığı üslubu ilə 1880-cı ildə tikilib. Ərəbistanın maddi dəstəyi ilə tikilmiş məscid nəznində mədrəsə və İslam Araşdırma Mərkəzi var.

معرفی قدیمی‌ترین مساجد اروپا

5.Berlin məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Berlinin tarixi məscidi Hindistanın məşhur tarixi abidəsi Tac Mahal memarlığı üslubu ilə tikilib. 1928-ci ildə istifadəyə verilən məscidin günbəzi 26 metr və minarələri 37 metrdir. İkinci dünya müharibəsində ciddi zədə almış məscid 1999-2001-ci və həmçinin 2016-cı illər arasında yenidən təmir edilmişdir.

6.Vyananın İslam Mərkəzi və Məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Vyananın ən böyük məscidinin tikintisi 1977-ci ilin İyul ayında başlayıb və Noyabr ayında başa çatıb. Bu məscid həm də Avstriyada ən böyük məsciddir. Vyananın İslam Mərkəzi və məscidi 27 min kv.metr ərazidə tikilmişdir. Məscidin günbəzinin hündürlüyü 16 və minarələrin hündürlüyü 32 metrdir.

معرفی قدیمی‌ترین مساجد اروپا

7.Qortubənin Came Kilsə Məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

İspaniyanın qədim şəhərlərindən olan Qortubənin Came Kilsə Məscidi   Əndəlüsün ən qədim mədəniyyət tarixidir. Əndəlüsün qədim məscidlərinin bəziləri dağıdılmış və bəziləri də kilsəyə çevirilmişdir.

معرفی قدیمی‌ترین مساجد اروپا

Qortubənin Came Kilsə Məscidinin həm kilsəsi və həm də məscidi vardır. Bu bina 150 ilə tikilmişdir. Məscidi 92-ci hicri-qəməri ilə Əməvilər tikdirib. Binanın ilk tikilişi bütpərəst mədəbi olub. Sonra kilsə və daha sonra isə məscidə və yenidən kilsəyə çevirilib. Bu məscid İspaniyada İslami memarlığın tarixi nümunəsidir. Məscid UNESCO-nun dünya irsi siyahısına və 2017-ci ildə İspaniyanın 12 xəzinəsi siyahısına salınıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2019  11:56 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!