|
• Dünyada“National Interest”: ABŞ Əfqanıstan müharibəsini uduzubDonald Trampın ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını elan etməsi, ABŞ-ın bu ölkədə apardığı müharibədə məğlub olduğu, Vaşinqtonun yürütdüyü siyasətin isə daşa dirəndiyi bir şəraitdə atılmış düzgün addımdır. Ahlibeyt.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ-ın nüfuzlu “National Interest” dərgisində məqalə dərc olunub. Müəllifin sözlərinə görə, ABŞ-ın məğlub olduğu müharibəyə son qoymaq cəhdləri təqdirəlayiq olsa da, Tramp administrasiyası hərbi kontingentin Əfqanıstandan çıxarılacağı təqdirdə bunun ağır fəsadlara yol açacağı kimi xam xəyallara qapılmamalıdır. Məqaləyə əsasən, Vaşinqtonun Əfqanıstanda “asayiş” yaratmaq cəhdləri boşa çıxıb: Taliblər əvvəlki illərlə müqayisədə, daha geniş ərazilərə - az qala torpaqların 60 faizinə nəzarət edir, təhlükəsizlik səviyyəsinə gəldikdə isə, bu yaxınlarda baş vermiş insident (silahı hücum nəticəsində az qala ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı general Ostin Skott Miller həlak olmuşdu) vəziyyətin nə yerdə olduğunu göstərir. “Tramp administrasiyasının “sinə döydüyü” yeni strategiyası yalnız bir istiqamətdə artıma səbəb olub: Əfqanıstana atılan bombaların kəmiyyəti artıb”, - deyə “The National Interest” yazır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2019 11:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |