|
• DünyadaOrta Şərqin ən böyük məscidi və kilsəsi istifadəyə verildiOrta Şəqrin ən böyük kilsəsi və Came məscidinin açılış mərasimi keçirilib - Came məscidi "əl-Fəttahul-Əlim" və ən böyük kilsəsi "Milad Məsih" adlanır. Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə bu iki ibadət ocağı Misrin paytaxtı Qahirənin yeni inzibati ərazisində yerləşir. İki dinin (İslam və xristianlıq) ən böyük ibadət ocaqlarının açılış mərasimində Misrin prezidenti Əbdülfəttah Sisi, Ortodoks Qibtilər kilsəsinin rəhbəri Papa 2-ci Tavazrus, əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib və Fələstin Muxtar Təşkilatının rəisi Mahmud Abbas iştirak ediblər. Bu iki ibadət ocağı bir-birnin kənarında müxtəlif dinlər və məzhəblərinin dostluq əlaqələrinin möhkəmləndirilməsi və tolerantlığın gücləndirilməsi hədəfi ilə tikilmişdir. "əl-Fəttahul-Əlim" məscidi İslami memarlıq üslubu ilə tikilib. Ərəb ölkələrinin ən böyük məscidi hesab edilir. Məscidin 59 fəddan sahəsi var – (hər "fəddan" 4200 kv.metrdir). Məscidin 90 metr hündürlüyündə 4 minarəsi, bir əsas böyük günbəzi və 4 kiçik günbəzi var. Məsciddə eyni vaxtda 16 minədək kişi və 3 minədək qadın namaz qıla bilər. Bundan əlavə məscidin iki Quran hifzi mərkəzi, bir 300 nəfərlik xeyriyyə xəstəxanası var. "Milad Məsih" kilsəsi də Orta Şəqr və Ərəb ölkələrinin ən böyük kilsəsidir. Kilsə 63 min kv.metr özül üzərində tikilmişdir. Kilsənin qülləsi 60 metrdir. "Məsihin Miladı" kilsəsində Papanın ofisi, mərasim zalı, toplantı zalı və idarə otaqları vardır. Kilsənin tutumu 8200 nəfərdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2019 11:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |