إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misir və Livan Bəşər Əsədi ərəb liderlərinin sammitinə dəvət etmək istəyir

Bəzi diplomatik qaynaqlar Misir və Livanın Suriya lideri Bəşər Əsədi Ərəb Birliyi liderlərinin iqtisadi sammitinə dəvət etmək fikrində olduqlarını bildirib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, Livan rəhbərliyi 16-20 Yanvar 2019 tarixlərində Ərəb Birliyi liderlərinin iqtisadi sammitinə ev sahibliyi edir.

Bu sammit üzv ölkələrin hansı səviyyədə qatılacaqları və bir də Livanın Suriyanı rəsmi olaraq dəvət edib etməyəcəyi baxımlarından əhəmiyyət ifadə edir.

Livanın "əl-Əxbar" qəzeti isə Beyrut və Qahirə ortaq bir səy çərçivəsində Suriya Prezidenti Bəşər Əsədi bu sammitə dəvət etmək istədiklərini və bundan əvvəl Səudiyyə Ərəbistanının bu dəvəti müsbət qarşılamasını təmin etməyə çalışdıqlarını yazıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2019  10:28 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!