إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Haşimi Şahrudi vəfat edib

Allah rəhmət etsin!

İran Məsləhət Şurasının sədri Ayətullah Seyyid Mahmud Haşimi Şahrudi bu gün vəfat edib.

Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə,  uzun müddət Tehranda xəstəxanaların birində müalicə alan Ayətullah  Şahrudi bu gün 70 yaşında vəfat edib.

İranın ən nüfuzlu siyasətçi və dövlət adamlarından olan Ayətullah Mahmud Haşimi Şahrudi 1948-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. Babaları İranın Şahrud şəhərindən olub və dini təhsil üçün uzun illər əvvəl Nəcəfə köçüb. Ayətullah Mahmud Şahrudi Nəcəfdə doğulub və ilk təhsilini burda alıb. İslam elmlərində ən yüksək təhsil alıb. İslam aləminin böyük alimləri, Ayətullah Seyid Əbülqasim Xoyi, Seyid Məhəmməd Baqir Sədr, Ayətullah Ruhullah Xomeyni kimi alimlərdən dərs alıb. 1970-ci illərdə siyasi fəaliyyətlə məşğul olub, həbsə atılıb. İranda İslam inqilabının qələbəsindən sonra bu ölkəyə mühacirət edib. 1982-ci ildə qurulan İraq İslam İnqilabi Ali Şurasına rəhbərlik edib. 1995-ci ildə Konstitusiya Mühafizə Şurasının, eləcə də “Xubreqan” və Məsləhət Şurasının üzvü olub. Məhkəmə sistemində yüksək postlar tutub, 1999-2009-cu illərdə Ali Məhkəməyə rəhbərlik edib. Bundan başqa din alimlərindən ibarət “İstiftaat heyəti”nə rəhbərlik edib.

Qeyd edək ki, Məsləhət Şurası İranda ən yüksək dövlət qurumu hesab olunur. 35 nəfərdən ibarət Şuranın üzvləri arasında İran prezidenti, parlament və Ali Məhkəmə sədri, o cümlədən nüfuzlu din xadimləri, dövlət adamları var. Şuranın formal olaraq vəzifəsi Konstitusiyanı Mühafizə Şurası “(Şuraye Negahban) və parlament arasında qanunların təsdiqi ilə bağlı anlaşmazlıqların aradan qaldırılması, həmçinin İran ali dini liderinə siyasi və hərbi məsələlərlə bağlı məsləhət orqanı funksiyası həyata keçirir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2018  10:28 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!