إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ Suriyadakı qüvvələrini çıxarmağa başladığını elan edib

Ağ Ev ötən gün Suriyadakı qüvvələrini çıxarmağa başladağını elan adib.

Ahlibeyt.az-ın Tass-a istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders açıqlama verib.

Bəyanatda bildirilib ki, ABŞ qüvvələrinin Suriyadakı məqsədi İŞİD-in məğlub edilməsi idi və bu hədəf artıq baş tutub.

ABŞ rəsmi mənbələri bildiriblər ki, onlar 24 saat ərzində Suriyadakı Xarici İşlər Nazirliyinin işçilərini çıxaracaq. Hərbi qüvvələrə gəldikdə isə onların 60-100 gün ərzində təxliyə ediləcəyi təxmin edilir.

ABŞ Senatının bəzi nümayəndələri də Donald Trampı bu qərardan daşındırmaq üçün ona məktub ünvanlayıblar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildiirib Ki,Amerikanın Suriyadakı qüvvələrini geri çəkməsi ilə bağlı qərarı və bu qüvvələrin ölkədən çıxarılması siyasi həll üçün yeni üfüqləri açacaq və İordaniya-Suriya sərhədində yerləşən ət-Tənif  bölgəsinin vəziyyətinə müsbət təsir göstərəcək.

Eyni zamanda Rusiya Dumasının Müdafiə Komitəsi sədri Vladimir Şamanov Amerikanın Suriyadan qüvvələrini çəkməklə bağlı qəfil qərarı haqda xəbərdarlıq edib və bildirib ki, amerikalılar qalmaq üçün hiylə işlədə bilərlər. O, Rusiya hökumətini belə bir qərardan sonra rahatlığa qapanmamağa çağırıb və bildirib ki, amerikalılar adətən işğal etdiyi yerlərdən rahatlıqla çıxmırlar və indiki halda bunu bölgədəki tərəfdaş ölkələrin hərbi qüvvələri hesabına həyata keçirə bilərlər.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Dekabr, 2018  10:54 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!