|
• DünyadaSuriya Ankaranı İdlib sazişini yerinə yetirməməkdə ittiham edibSuriyanın İdlib əyalətinin qubernatoru vəzifəsini icra edən Muhəmməd Fadi Saun Türkiyəni Soçidə əldə olunan müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirməmədə ittiham edib. Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, İdlib əyalətində demilitarizasiya zonasının yaranması barədə saziş sentyabr ayında Rusiya və Türkiyə arasında əldə olunmuşdu. Şərtə əsasən, oktyabrın ortalarına kimi silahlı qruplaşmalar və Suriya ordusu sözügedən ərazidən ağır silahlandırmanı çıxarmalı idi, bundan sonra təmas xəttində və Hələb-Ləzkiya, Hələb-Həma açıq trasında Rusiya Türkiyə birgə patrul keçməli idi. Sadun bildirib ki, Türkiyə tərəfi silahlandırmanı demilitarizasiya zonasından çıxarılması məsələsində öz öhdəliyini yerinə yetirmir: "Bildiyimiz qədəri ilə onlar təsir göstərə bilərlər, lakin müqavilənin reallaşdırılması üçün kifayət qədər tədbir görmürlər. Dekabrın 13-14-də obyektlərin hökumətə təhvil verilməsi və ərazinin patrulu başlamalı idi. Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq, biz görürük ki, Türkiyə tərəfi heç bir öhdəliyini yerinə yetirməyib. Əksinə informasiya var ki, silahlandırmanın bir hissəsi demilitarizasiya zonasına gətirilib". Müsahib xatırladıb ki, sazişə əsasən, silah demilitarizasiya zonasından çıxarılmalı və hökumətə təhvil verilməli idi: "Lakin sazişin şərtələri yerinə yetirilməyib. Vizual olaraq silahın bir hissəsinin yeri dəyişib. Lakin faktiki olaraq Suriya ordusunun mövqelərinə hücumlar həyata keçirilir, minaatanlar və raketlərdən atışlar həyata keçirilir. Suriya Ordusu atəşin mənbəyinə cavab vermək məcburiyyətində qalır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2018 13:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |