|
• DünyadaSəudiyyə ərəbistanı ABŞ-ın qətnaməsini rədd edibSəudiyyə Ərəbistanı ölkənin varis şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşıması ilə bağlı Amerika Senatının qətnaməsini rədd edib. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bu barədə Səudiyyənin SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib. Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı krallığı bu yaxınlarda Birləşmiş Ştatların Senatı tərəfindən açıqlanmış, əsassız iddialara və ittihamlara əsaslanan, krallığın daxili işlərinə kobud müdaxiləni özündə cəmləşdirən, bu ölkənin regional və beynəlxalq rolunu pozan mövqeyi rədd edir. Bununla yanaşı, nazirlik krallığın Birləşmiş Ştatlarla münasibətlərin inkişafına sadiqliyini vurğulayıb. Krallıq Amerika Senatının mövqeyi ilə bağlı narahatlığını ifadə edib. ABŞ Konqresinin Senatı ötən cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2018 12:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |