|
• DünyadaTürkiyə Dəyanət İşləri Başqanlığı “Yəmənə laqeyd qalma” yardım kampaniyasına başlayıbTürkiyənin Dəyanət İşləri Başqanlığı Yəmənə humanitar yardım məqsədilə ölkədə kampaniyaya başlayıb. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ötən gün Dəyanət İşləri Başqanlığının təşkilatçılığı ilə Ankarada “Yəmənə laqeyd qalma” devizi altında yardım kampaniyasına start verilib. Türkiyənin dəyanət işləri başqanı Əli Erbaş, Yəmən və yəmənlilərin üzləşdiyi çətinliklərdən danışıb, insanlıq vicdanının əsl imtahanla üz-üzə qaldığını bildirib. Onun sözlərinə görə, müharibə səbəbindən yaranan qıtlıq və aclığa görə Yəməndə 22 milyon insan həyat uğrunda mübarizə aparır. Erbaş qeyd edib ki, əgər yardımlar çatdırılmasa 11 milyon insan ölüm təhlükəsi ilə üzləşəcək. Ə. Erbaş vurğulayıb ki, qurum indiyə qədər yəmənlilərə 1.6 miyon dollar yardım göndərib. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan G-20 sammitində Yəmən müharibəsinə görə Səudiyyəni tənqid edib. "Yəmənin Ali İnqilabı Komitəsi"nin sədri Məhəmməd Əli əl-Husi də Türkiyə prezidentinin bu mövqeyini alqışlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2018 16:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |