|
|
Dini icmalara şəhadətnamələr təqdim edilibDekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 18 dini icmaya şəhadətnamələr təqdim edilib. Ahlibeyt.az-ın Dövlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. Respublikamızda mövcud olan dövlət-din münasibətlərindən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi dinə, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib. Diqqətə çatdırıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir. Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən Dövlət Komitəsi sədrinin birinci müavini onlara daha aktiv olmalarını, ümummilli maraqlardan çıxış etməyi tövsiyə edib. S.Salahlı eyni zamanda, dini icma sədrlərinin məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınması, milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin vacilbliyini qeyd edib. Daha sonra qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib. Şamaxı rayonu Sabir qəsəbə məscidi dini icmasının sədri Tofiq Nuriyev çıxış edərək dinə dövlət qayğısından danışıb. DQİDK-nın fəaliyyətində dini icmalarla sıx əməkdaşlığa xüsusi diqqət yetirilməsini yüksək qiymətləndirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2018 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |