|
• DünyadaGürcüstanda azərbaycanlıların yaşadığı kənddə məscid bərpa olunurGürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Baydar kəndindəki məscid əsaslı bərpa olunur. Ahlibeyt.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb. Agentlik rəhbəri Zaza Vaşakmadze, Marneuli rayonunun rəhbər vəzifəsini icra edən Zaur Tabatadze və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev məsciddə aparılan tikinti-bərpa işləri tanış olublar. Z.Vaşakmadze Baydar kənd məscidinin bərpası ilə bağlı yerli sakinləri təbrik edərək, yerli hakimiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin yerli sakinləri narahat edən məsələlərlə də maraqlanıb. Baydar kənd sakinləri məscidin bərpa olunmasına görə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və Marneuli rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Gürcüstanda 320-dən çox məscid var və onların 200-ü dövlət qeydiyyatına alınaraq Gürcüstan Müsəlmanları İdarəsinin səlahiyyətinə verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2018 11:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |