إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hacı Ramin Bayramova hökm oxundu

Bu gün İslamazeri.az-ın baş redaktoru Ramin Bayramovun son məhkəmə iclası keçirilib.

İslamazeri.az xəbər verir ki, Xırdalan Şəhər Məhkəməsində  baş redaktora hökm oxunub. Əvvəlcə dövlət ittihamçısı Hacı Ramin Bayramova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasın istəyib. Amma Ramin Bayramovun vəkili Ramil Məmmədov bunu rədd edərək cəzanı şərti xarakterli verilməsini məhkəmədən xahiş edib.  

Bundan sonra məhkəmədə fasilə elan olunub. Fasilədən sonra hakim Şəmsəddin Abbasov baş redaktora 1 il 6 ay həbs cəzası təyin edib.  

 Xatırladaq ki, Ramin Bayramov ötən ilin avqust ayında həbs olunub. O, yalan ittihamlarla Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.

islamazeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2012  01:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!