|
• DünyadaKabildə Peyğəmbər(s) mövludu keçirilən mərasimdə partlayış törədilib – 48 şəhid varKabildə Məhəmməd Peyğəmbərin mövlud mərasiminin keçirildiyi bir mərasim zalına hücum edilib. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, bu terror aktında din xadimləri də daxil olmaqla 48 nəfər şəhid olub. 88 nəfər müxtəlif dərəcələrdə yaralanıblar. Məlumata görə partlayış bir kamikadzenin özünü mərasim zalı daxilində partlatması ilə törədilib. Əfqanıstan hökuməti çərşənbə gününü ölkədə matəm elan edib. Məlumata görə terror hücumunun məsuliyyətini İŞİD-in bölgədəki qolu hesab edilən “Xorasan İslam Dövləti” üzərinə götürüb. BMT, Pakistan, İran və sair dövlətlər bu hücumu kəskin şəkildə pisləyiblər. Qeyd edək ki,bu il Əfqanıstan höküməti və ölkənin "Əmək və Sosial Məsələlər Nazirliyi" Həzrət Peyğəmbərin (s) mübarək mövludunun ( əhli-sünnə məzhəbinə uyğun olaraq qəməri təqvimi ilə 12 rəbiül əvvəl - 20 noyabr) rəsmi tətil olaraq təqvimə salındığını elan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2018 10:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |