إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanlı alimin məruzəsi beynəlxalq konfransda maraqla qarşılanıb

Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfransda ölkəmizi Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmsil edib.

Ahlibeyt.az-ın məlumatına görə, Aİİ-dən Azərtac-a bildirilib ki, ABŞ, Almaniya, İran, İraq və digər ölkələrin qabaqcıl universitetlərinin alimlərinin iştirakı ilə təşkil olunan konfransda elm tarixi, fəlsəfə, linqvistika, din, əxlaq, ədəbiyyat, sənət və incəsənət kimi sahələr geniş elmi müzakirə obyektinə çevrilib.

Konfransda Anar Qafarov “İctimai şüurun formalaşmasında din və İslam fəlsəfəsinin yeri” mövzusunda məruzə ilə çıxış edib. O, lokal və qlobal dəyərlərin mənimsənilməsi və müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyətlər arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından qloballaşma hadisəsini müsbət amil kimi dəyərləndirib. Məruzəçi bu proseslə dil, irq, etiqad, mədəniyyət, məzhəb, təriqət və iqtisadi cəhətdən ortaya çıxan müxtəlifliyin ictimai vəhdət zəminində həll olunmasının bəzi problemlər yaratdığını qeyd edib. Anar Qafarov sosial-mədəni və mənəvi mədəniyyəti tarixboyu özündə əks etdirən Azərbaycanın birgəyaşayış ənənəsi və ictimai dəyərlərindən nümunələr gətirib. Alimin məruzəsi tədbir iştirakçıları və alimlər tərəfindən maraqla qarşılanıb.

Anar Qafarov bir çox beynəlxalq konfranslarda, ABŞ və Türkiyənin müxtəlif universitetlərində təşkil olunan seminarlarda dəfələrlə məruzələrlə çıxış edib, ölkə daxilində və xaricində mühüm elmi və sosial layihələr həyata keçirib. Alim çoxlu sayda kitab və məqalələrin elmi redaktoru, tərcüməçisi, müəllifi və həmmüəllifidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2018  11:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!