إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londonda 30 min nəfər müsəlmanlara dəstək aksiyası keçirdi - Foto

İngiltərənin paytaxtı Londonda islamafobiya, antisemitizm və irqçiliyə qarşı çıxan 30 min nəfər aksiya keçirib.

Ahlibeyt.az-ın məlumatına görə, “Qafqazinfo” “Posta” ya istinadən xəbər verir ki, İrqçiliyə Qarşı Ayaxa Qalx vətəndaş cəmiyyəti tərəfindən təşkil edilən aksiyada etirazçılar Baş nazir Tereza Meyin ofisinin qarşısına yürüyüblər.

Etirazçılar Tereza Meyin keçirdiyi islahatlarla son illərdə irqçilərə cəsarət verdiyini və hökumət irqçi siyasətə qarşı daha kəskin addım atmalarının vacibliyini bildiriblər.

Müsəlmanlara qarşı kin və fobiyanı qınayan aksiyaçılar “İslamabiyaya yox”, “Müsəlmanların yanındayıq” kimi şüarlar səsləndiriblər.

 








Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2018  15:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!