إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya Ordusu Təll-Səfa bölgəsində İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirib

Suriya Ordusu ölkə səhrasında yerləşən Təll-Səfa bölgəsinin əksər hissəsini İŞİD terror təşkilatından azad edib - İŞİD-in çeçenstanlı komandiri Suriyanın Təll-Səfa bölgəsində məhv edilib.

Ahlibeyt.az-ın Salamnews-a istinad'n verdiyi xəbərə görə, bu barədə məlumatı Suriyada döyüş cəbhələrinin proseslərini yaxından izləyən “əl-İlam əl-Hərbi” adlı media qurumu verib.

Suriya Ordusu bir neçə gündür ölkə səhrasında Suveyda əyalətinin şərqində yerləşən Təll-Səfa bölgəsində hərbi əməliyyatlar aparır. Əməliyyatlar çərçivəsində çoxlu sayda İŞİD üzvü o cümlədən bir çeçenstanlı komandir məhv edilib.

Mənbə bildirib ki, Təll-Səfa bölgəsində aparılan əməliyyatlar zamanı İŞİD-in tanınmış hərbi komandiri çeçenstanlı “Əbu-Hacər əş-Şişani” öldürülüb.

Əlavə edilib ki, əməliyyat zamanı onun bir neçə müavini də məhv edilib.

Qeyd edək ki, Suriya Ordusu artıq sözügedən bölgənin əksər hissəsini İŞİD-dən azad edib.

"Əl-Məyadin"-in verdiyi məlumata görə, İŞİD terror təşkilatı keçilməsi çətin olan bu bölgədən qaçaraq, Tulul Bu-Ğanim istiqamətdə qaçıblar.

Burada İŞİD-in çoxlu üzvü məhv edilib.

Suriyada Suveyda əyalətinin şərqində yerləşən bu səhra bölgəsi keçilməsi çətin olan bölgələrdəndir. İŞİD 2014-cü ildən burada yerləşmiş və Suveyda əyalətinin yaşayış bölgələrinə hücum üçün buradan start götürürdü.

Həmçiunin Suriyanın rəsmi SANA agentliyinin məlumatında bildirilir ki,bölgədəki İŞİD-ə qarşı aparılan əməliyyata Fələstinli könüllülərdən ibarət "Əl-Qüds" hərbi birləşmələri dəstək verib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2018  11:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!