|
• DünyadaİƏT-in Əmək Mərkəzinin Nizamnaməsi Azərbaycan səfirinin iştirakı ilə Səudiyyə Ərəbistanında imzalanıbSəudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin Nizamnaməsini imzalayıb. Ahlibeyt.az-ın məlumatına görə, "Report" "ArabNews"a istinadən xəbər verir ki, imzalanma mərasimi İƏT Baş Katibliyinin Ciddə şəhərindəki mənzil-qərargahında keçirilib. Sənədi Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin və İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin iştirakı ilə Səudiyyə Ərəbistanının əmək naziri Əhməd bin Süleyman əl-Rəci imzalayıb. Qeyd edək ki, təşkilatın Əmək Mərkəzinin mənzil-qərargahı Azərbaycanda yerləşir. Mərkəzin məqsədi İƏT üzvü olan ölkələrin sosial imkanlarının gücləmdirilməsi və genişləndirilməsidir. Həmçinin bu, dövlətlərə kollektiv səylərlə qloballaşma və ticarətin liberallaşması şəraitində problemləri həll etmək üçün işçi qüvvəsi hazırlamağa yardım edəcək. Mərkəzin fəallığı eyni zamanda İslam ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığı da artıracaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2018 10:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |