إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Beynəlxalq Amnistiya təşkilatı Şeyx Salmanla bağlı Bəhreyn rejiminə etiraz etdi

Beynəlxalq Amnistiya təşkilatı Bəhreyn rejiminin ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman haqqında verdiyi ömürlük həbs cəzasına reaksiya verərək, qərarı özbaşınalıq kimi qiymətləndirib.

Beynəlxalq Amnistiya təşkilatı Twitter-dən verdiyi bəyanatında, Bəhreyn məhkəməsinin Şeyx Əli Salman barədə verdiyi ömürlük həbs qərarının Ali Xəlifə rejiminin Bəhreyn xalqına qarşı özbaşınalıq və qanunsuzluqlarının qorxulu nümunəsi olduğunu bildirib.

Digər tərəfdən, Livanın Hizbullah hərəkatı da Şeyx Əli Salman barədə verilən qərarı pisləyən bəyanat yayıb.

Hizbullahın yaydığı bəyanatda, bu qərarın Bəhreyn rejiminin rəsmilərinin mürtəce və diktatura mahiyyətini göstərdiyi vurğulanıb: “Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi haqqında verilən ömürlük həbs qərarı, Bəhreyn vətəndaşlarının arasında qorxu mühiti yaratmaq üçün verilən mürtəce bir mesajdır və Ali Xəlifə rejimi bu addımla bəhreynlilərin Manamanın Təl-Əviv ilə münasibətləri normallaşdırmasına müxalifətinin qarşısını almaq istəyir”.

Mənbə:deyerler.org

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2018  15:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!