إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Hicabla ciddi olun!” - Din xadimindən açıqlama

“Əvvəl hicab geyinirdi, indi isə hicabda deyil” - bu sözləri son vaxtlar çox eşidirik. Xanımlar müxtəlif niyyətlərlə hicab bağlayır, sonradan isə normal geyimlərinə qayıdırlar.

Bəs görəsən, hicabı çıxarmaq dində günah sayılırmı?

Tanınmış ilahiyyatçı , “Məşədi Dadaş” məscidinin imam camaatı hacı Şahin Həsənlinin fikrincə, dini hökmlərə əməl etməkdə başlıca məsələ niyyətdir:

“İnsan xeyirxah əməlini Allah rizası üçün yerinə yetirməlidir. İnsan istər hicab geyinmək, istərsə də digər dini vaciblərə əməl etmək istəyirsə, bunu Allahın rizası üçün etməlidir.

Bəzən insanlar başqa niyyətlərlə hicaba keçirlər. Kimi axına düşür, kimi, dəb xatirinə, kimi də ailə qurmaq üçün hicab bağlayır. Təbii ki, belə niyyətlərlə hicabı vasitə kimi istifadə etmək yolverilməzdir və günahdır. Din səmimiyyəti sevir, hər bir əməli səmimi şəkildə yerinə yetirməlidir.

Xanımlar hicab geyinib-geyinməməkdə azaddır. Qurani-Kərimdə hicabın bağlanması barədə ayə var, amma bu, insanın öz ixtiyarında olan məsələdir. Yaxşı olar ki, belə məsələlərə qadınlar ciddi yanaşsınlar. Çünki din xatirinə deyil, hər hansı məqsəd üçün hicab bağlayan şəxslər dini dəyərlərin ucuzlaşmasına gətirib çıxarır, başqalarında dinə qarşı inamsızlıq yaradır. Dini cəhətdən vacib nüanslarla, o cümlədən hicabla zarafat etmək olmaz”.

Mənbə: Modern.az


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2018  12:54 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com